İran müdafiə nazirinin sabiq müavini edam olundu


Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunan İranın keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbəri bu gün səhər edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın məhkəmə sistemi rəsmi açıqlama yayıb.
O, Britaniya kəşfiyyatına casusluq edərək ölkənin təhlükəsizliyinə qarşı geniş fəaliyyət göstərməkdə ittiham edilərək edam edilib. Onun Britaniya hökumətindən 1805 min avro, 265 min ingilis funtu və 50 min ABŞ dolları aldığı bildirilir.
Bəyanatda qeyd edilib ki, A.Əkbərinin ikili vətəndaşlığı olub - İran və Britaniya.

DİGƏR XƏBƏRLƏR

Top