Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı dinləmələr keçirəcək


Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı məhkəmənin tvitter hesabında paylaşım edilib.

"Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq", - məlumatda qeyd olunur.

Qeyd edək ki, dinləmələr Sülh Sarayında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top