Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub - Yenilənib


Xaçmaz rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Xaçmaz Elektrik Şəbəkədən (EŞ) məlumat verilib.
Bildirilib ki, rayon ərazisində küləyin törətdiyi fəsadlar operativ şəkildə aradan qaldırılır və yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilir.
Hal-hazırda “Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.

***13.01.2023; 20:53
Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində - 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.
Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top