Polşada Saakaşviliyə dəstək üçün qətnamə qəbul edildi


Polşa Seymi Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qətnamədə Mixeil Saakaşvilinin sağlamlığı və həyatının qorunması üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Parlamentarilər Gürcüstan rəsmilərini dərhal Saakaşvilinin zəruri müalicə alması üçün icazə verməyə çağırıblar.

Qətnamədə göstərilib ki, Saakaşvilinin Gürcüstanda avropapərəst əhval-ruhiyyənin formalaşmasında mühüm töhfəsi olub və bunun nəticəsində Gürcüstan hökuməti 2022-ci ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top