Avstriyada nazir skuterlə qəza etdi


Avstriyanın maliyyə naziri Maqnus Brunnerin elektrik skuteri ilə qəza törətdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, nazir dünən axşam saatlarında ofisinə elektrikli skuterlə gedərkən yıxılıb.
Açıqlamada Brunnerin səhhətinin stabil olduğu, lakin proqramlarının ləğv edildiyi qeyd edilib.
Ölkə mətbuatında çıxan xəbərlərdə Brunnerin uzun müddətdir elektrik skuterindən istifadə etdiyi və idmanla maraqlandığı, təxminən 1 il əvvəl qəza keçirdiyi və bir müddət əsa ilə yerimək məcburiyyətində qaldığı bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top