Pentaqon Kiyevə uzaq mənzilli bombaların göndərilməsinə etiraz etdi


Pentaqon Kiyevə yerdən atılan kiçik diametrli bombaların (GLSDB) göndərilməsinə qarşı çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Foreign Policy" məlumat yayıb. Nəşrin məlumatına görə, müdafiə nazirinin ofisində və ABŞ Hərbi Hava Qüvvələrində olan məsul şəxslər Ukraynada hərbi əməliyyatların yüksək tempinə görə GLSDB-nin lazımsız ola biləcəyindən narahatdırlar, çünki onların yığılması aylar çəkəcək.
Vaşinqtonda hesablamalara görə, doqquz ay ərzində Kiyev iki buraxılış qurğusu və 24 bomba ötürə biləcək. Və 2024-cü ilin sonuna qədər Kiyev 12 buraxılış qurğusu və 750 bomba ala bilər.

DİGƏR XƏBƏRLƏR

Top