Paytaxtın bəzi yollarında tıxac var - Siyahı


Paytaxt Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət belədir:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası  istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Tbilisi prospekti, mərkəz  istiqamətdə;
5. Heydər Əliyev prospekti, əsas  yol, mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz  istiqamətində;
7.  28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8.  Üzeyir Hacıbəyov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top