Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldü


Saat 7:26-da “Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb. 

Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, təlimat tələbənə uyğun, sərnişinlər düşürülüb və qatar “İçərişəhər” stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi “Nərimanov” elektrik deposuna göndərilib. 

Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top