Putinin videosunda görünən "müəmmalı" qadının kim olduğu bilindi - Fotolar


Yeni il müraciəti zamanı Rusiya Prezidenti Vladimir Putinin arxasında dayanan qadının kim olduğu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, həmin qadın haqqında bir çox iddialar səsləndirilib. Onun Prezidentin təhlükəsizlik xidmətində çalışdığı və Putinin əksər tədbirlərində fərqli obrazla göründüyü bildirilib.
İddia edilib ki, Putin Ərdoğanla görüşərkən dondurma həmin qadın dondurmasatan kimi özünü göstərib.

Həmçinin 2017-ci ilin sentyabrında, V.Putin Dmitri Medvedyevlə birlikdə Novqorod vilayətindəki İlmen gölünə balıq tutmağa gedəndə də o qadın fərqli rolda özünü göstərir.

Daha sonra Novqoroddakı Svyato-Yuryevsk monastırındakı ibadət zamanı da eyni həmin qadın və yanındakı kütlə kadrlardadır.

REN TV məsələ ilə bağlı süjet yayımlayıb. Bildirilib ki, Anna Sidorenko adlı hərbçi qadın tibb xidmətinin kapitanıdır. Onun rəhbərlik etdiyi dəstə 17 yaralını top atəşindən çıxarıb. Çəkilişlərdə həmçinin tank batalyonunun komandiri mayor Yevgeni Volkov və ən gənc əsgər olan tank kaporal Timofey Matveyev iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top