Baydenin qarajında məxfi sənədlər tapıldı


ABŞ prezidenti Co Baydenin vəkilləri onun Vilminqtondakı şəxsi evinin qarajında ​​vitse-prezidentlik dövrünə aid az sayda məxfi sənədlər tapıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yanvarın 12-də Ağ Evin xüsusi müşaviri Riçard Sauber tvitterdə məlumat verib. O bildirib ki, vəkillər dövlət başçısının qarajının anbar otağında Obama-Bayden administrasiyasının şəxsi və siyasi sənədləri arasında az sayda əlavə məxfi qeydlər tapıblar. Başqa bir sənəd isə bitişik otaqdadır. Baydenin çimərlik evində də axtarış aparılsa da, orada heç nə tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top