Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 528 nəfər müalicə olunaraq sağalıb, 10 037 nəfər vəfat edib, aktiv xəstə sayı 570 nəfərdir. Ölkədə son sutka ərzində 2 024, hazırkı dövrədək isə 7 451 931 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 351 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 90, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 936 461, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 074, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 129, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 869 nəfər təşkil edir.


DİGƏR XƏBƏRLƏR

Top