Vasif Talıbovun şirkətlərində daha bir dəyişiklik


“Gəmiqaya İnşaat” MMC keçmiş adı “Gəmiqaya Şirkəti” MMC olan və hazırda “Arkoz İnşaat Şirkəti” MMC adlandırılan şirkətin tərkibindən ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, “Gəmiqaya” adı ilə fəaliyyət göstərən şirkətlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in tərkibində olublar.
Xəbəri rus dilində oxuyun: Очередное изменение в компаниях Васифа Талыбова
Ötən ayın sonunda “Gəmiqaya Holdinq”ə  bağlı bir-çox şirkətin adı dəyişdirilərək “Arkoz” adlandırılıb.
Məlumat üçün bildirək ki, “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub. Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top