Dövlət Baxçalı azərbaycanlı qazilərə "Boz qurd" nişanı verdi - Fotolar


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Boz qurd” nişanı verib.
Yenivaz.com
xəbər verir ki, bu barədə MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın özünün tvitter səhifəsində yazıb.
“Qarabağda 30 illik erməni işğalını 44 gündə sonlandıran azərbaycanlı qazilərimizi möhtərəm sədrimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızıl "Boz qurd" nişanı verən sədrimizə onların adından minnətdarlığımı bildirirəm”, - K. Aydın bildirib.
 


DİGƏR XƏBƏRLƏR

Top