Yerdən 100 milyon işıq ili uzaqlıqda yeni planet kəşf edildi


NASA Yerdən təqribən 100 milyon işıq ili uzaqlıqdakı ulduzun ətrafında fırlanan, yaşam üçün əlverişli Yer ölçüsündə planet kəşf edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, "TOI 700 e" adlı bu planet öz orbitindəki ulduzdan planetin səthində suyun mövcud olmasına imkan verəcək bir məsafədə yerləşir.
NASA-nın tədqiqatçısı Emili Gilbert verdiyi açıqlamada , "Bu, çoxlu, kiçik, yaşayış zonası planetləri ilə bildiyimiz bir neçə sistemdən biridir", - deyə qeyd edib.
Tədqiqatçı bu kəşfin “TOI 700” sistemini daha yaxından izləmək üçün həyəcan verici bir irəliləyiş olduğunu vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top