Bakıda qaz sızmasına görə bina sakinləri təxliyə edildi


Paytaxtın Nəsimi rayonunda mənzildə qaz sızması olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsindəki 16 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb edilib.

Əraziyə həmçinin təcili tibbi yardım briqadaları cəlb edilib.

FHN və polis əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top