Kuleba Stoltenberqə cəbhədəki vəziyyəti danışıb tanklar istədi


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, onlar Qərb tanklarının Kiyevə çatdırılmasının vacibliyini müzakirə ediblər. Kuleba 2022-ci ildə Şimali Atlantika Alyansından Ukraynaya verdiyi dəstəyə görə Stoltenberqə təşəkkür edib, həmçinin onun qorunub saxlanacağına ümid etdiyini bildirib.
“Mən NATO-nun baş katibinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verdim və Ukraynanın Qərb tipli tanklarla təmin edilməsinin vacibliyini vurğuladım”, deyə o qeyd edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodmiri Zelenski də bənzər çağırış edib.

DİGƏR XƏBƏRLƏR

Top