Tofiq Yaqublunun xəstəxanaya yerləşdirilməsi barədə DİN-dən açıqlama - Yenilənib


Bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib.

O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən
Yeniavaz.com-a bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

***18:40
Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Xatırladaq ki, bu gün tanınmış həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşmüşdü. Həkim onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top