Əfqanıstan XİN-in yaxınlığında partlayış: ölən və yaralananlar var


Əfqanıstanda paytaxt Kabilin mərkəzində Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı əfqan mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, baş verən partlayışda azı 7 nəfər həlak olub, azı 10 nəfər xəsarət alıb.
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" rəsmilərinin verdiyi məlumata görə, terrorçu-kamikadze nazirliyin binasına daxil olmağa çalışıb. Nəzarətçilər ona mane olduqda isə özünü partladıb.

DİGƏR XƏBƏRLƏR

Top