Məşhur mağazalar şəbəkəsi “Paşa Bank”ı məhkəməyə verdi


Azərbaycanda məişət texnikası və elektronika məhsullarının satışını həyata keçirən aparıcı mağazalar şəbəkəsindən birinin sahibi olan “Ventto Telekom” MMC (VÖEN – 1402520541) “Paşa Bank” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com 
xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Bildirilir ki, iddia kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırılıb.
Xəbəri rus dilində oxuyun:  Известная сеть магазинов подала в суд на "Paşa Bank"

Məlumat üçün bildirək ki, “Ventto Telekom” MMC 13.05.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, 20 Yanvar., ev 21B, m. 93-də yerləşir. Şirkətin qanuni təmsilçisi İmanov Elməddin Səxavət oğludur.
Barəsində iddia qaldırılan “Paşa Bank” ASC isə Azərbaycanda kredit portfeli 1 milyard manatdan çox olan 4 bankdan biridir. Hazırda “Paşa Bank” ASC-nin səhimlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə məxsusdur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top