“Azərsun”un bağlanan zavodlarına məxsus əmlak bölüşdürüləcək


Ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”ə məxsus olan “Lənkəran-Konserv” ASC və “Qazax Konserv Zavodu” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Yeniavaz.com 
xəbər verir ki, səhmdarların ümumi yığıncağında hər iki ASC-nin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabat təsdiq ediləcək.
Qeyd edək ki, hər iki ASC-nin ləğv olunacağı ilə bağlı rəsmi elan 2021-ci ildə verilib.
Xəbəri rus dilində oxuyun: Имущество закрытых заводов "Azərsun" будет разделено

Onu da bildirək ki, ölkədə “Azərsun Holdinq”ə məxsus 4 konserv zavodu – “Qafqaz Konserv Zavodu” (Xaçmaz şəhəri), “Biləsuvar Konserv Zavodu”,  “Lənkəran Konserv Zavodu” və “Qazax Konserv Zavodu” fəaliyyət göstərib.
“Lənkəran-Konserv” ASC 07.10.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon  862 min 402 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Nurlan İntiqam oğludur.
“Qazax Konserv Zavodu” ASC isə 27.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 158 min 572 manat olan ASC-nin qanuni təmsilçisi Əhmədov Mirzə Rəcəb oğludur (əvvəllər Özal Bakır).

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top