DİN-dən himnə qarşı hörmətsizlik edən “TikTok”erlə bağlı - Açıqlama


Sosial şəbəkələrdə Azərbaycan Dövlət Himninə qarşı hörmətsizlik edən “TikTok” istifadəçisinin görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Ləman adlı istifadəçi himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlədib.
Onun bu addımı müzakirələrə və istifadəçilərin tənqidinə səbəb olub.
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı bildirib ki, vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib:
"Onunla profilaktik icraat işi aparılıb. Xanım əməlindən səmimi peşmanlığını ifadə edərək, üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".

DİGƏR XƏBƏRLƏR

Top