Azyaşlıya siqaret çəkdirən şəxs cəzalandırıldı


Bir müddət əvvəl sosial şəbəkələrdə azyaşlıya siqaret çəkdirildiyi görüntüləri yayılıb. Onun dayısı olduğu bildirilən şəxs bacısı oğluna siqaret verərək musiqi sədaları altında onun videosunu çəkib və sosial şəbəkə hesabında paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib. Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Top