Beyləqan-Daşburun istiqamətində hərəkət edən yük qatarında yanğın oldu


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarında yanğın olub.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Saatlı şəhərində Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top