Çində sabiq general barəsində ölüm hökmü çıxarıldı


Çində Çançun Xalq Məhkəməsi Dövlət Təhlükəsizlik Nazirliyinin partiya komitəsinin keçmiş üzvü, keçmiş general Liu Yanpinə qarşı 234 milyon yuandan (təxminən 34 milyon dollar) çox rüşvət aldığına görə açıq şəkildə ölüm hökmü çıxarıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çinin “Thepaper” nəşri məlumat yayıb. Məhkəmə müəyyən edib ki, 2001-ci ildən 2022-ci ilə qədər Liu Yanpinq qeyri-qanuni olaraq üçüncü şəxslərə biznesdə və müxtəlif işlərin həllində yardım edib.
Qeyd olunur ki, keçmiş məmur iki il müddətinə edam cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs özünü təqsirli bilib və peşman olub.
“İki illik möhlət müddəti başa çatdıqdan sonra ölüm hökmü qanuna uyğun olaraq, cəzanın yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma imkanı olmadan ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər”, - deyə məlumatda bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top