Yoluxanların sayı açıqlandı - 4 nəfər vəfat etdi


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, 10 027 nəfər vəfat edib, aktiv xəstə sayı 532 nəfərdir.

Ölkədə son sutka ərzində 2 503, hazırkı dövrədək isə 7 447 795 test aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top