Bəxtiyar Hacıyevin ailəsi ilə görüşünə icazə verildi


Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvləri ilə görüşünə icazə verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. Müdafiəçi bildirib ki, Bəxtiyar Hacıyevin yaxın qohumlarına nisbətdə görüş və telefon danışığı məhkəmə tərəfindən təmin edilib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu qərardan şikayət verib, Hacıyev özü isə məhkəmə şikayəti təmin etmədiyi təqdirdə müddətsiz aclığa başlayacağını bildirib.
Dekabrın 15-də Apellyasiya Məhkəməsi Hacıyevin şikayətini təmin etməyib, o, iclasda azad edilməsi tələbi ilə aclığa başladığını elan edib.
Dekabrın 29-da isə ictimai fəalın vəkili Aqil Layıc Bəxtiyar Hacıyevin ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırdığını açıqlayıb.
Lakin o ötən gün - yanvarın 9-da yenidən aclıq aksiyasına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top