Moskvadan uçan təyyarə bomba təhlükəsinə görə təcili eniş etdi


Moskvadan Qoaya uçan “Azur Air” şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması xəbərini aldıqdan sonra Hindistanın Qucarat əyalətində məcburi eniş edib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Hindistanın Aviasiya Nazirliyindən məlumat verilib.
“Naməlum şəxslər “Azur Air”in Moskva-Qoa marşrutu üzrə uçan 2401 saylı reysinə bomba qoyulması barədə məlumat veriblər. Təyyarə təcili olaraq Qucarat əyalətindəki bir aerodromda eniş edib.
Təyyarədə 136 sərnişin və altı ekipaj üzvü olub. Təyyarədən təxliyə zamanı 5 nəfər yüngül xəsarət alıb.
Sonradan məlum olub ki, bomba təhlükəsi ilə bağlı məlumat Almaniyadan telefonla gəlib.
Qeyd olunur ki, polis təyyarənin baqaj hissəsinə baxış keçirib, lakin heç bir şübhəli əşya və ya partlayıcı aşkar etməyib.

DİGƏR XƏBƏRLƏR

Top