Ermənistanda yeni daxili işlər naziri təyin edildi


Ermənistan Prezidenti Vaaqn Xaçaturyan polis rəisi Vahe Qazaryanın yeni daxili işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə yanvarın 9-da prezidentin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, Kazaryan 2020-ci il iyunun 8-dən polisə rəhbərlik edir. O, xidmətə 2004-cü ildə Tavuş vilayətinin polis idarəsinin baş idarəsinin baş inspektoru vəzifəsində başlayıb. 2019-2020-ci illərdə o, polis qüvvələrinin komandiri olub.

DİGƏR XƏBƏRLƏR

Top