“BakıKart”ın balansını artıran sərnişinləri elektrik cərəyanı vurdu - Açıqlama


“Qara Qarayev” metro stansiyasında vətəndaşı “BakıKart” terminalının cərəyanı vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. O bildirib ki, aidiyyəti üzrə vətəndaşın stansiya əməkdaşlarına bu barədə məlumat verdiyi təsdiqini tapıb:

“Stansiyaya “BakıKart” MMC-nin nümayəndələri dəvət edilib. Qurum nümayəndələri ilə “Bakı Metropoliteni” QSC-nin müvafiq şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə sözügedən terminala baxış keçirilib. Heç bir problem aşkarlanmayıb. Lakin bütün hallarda həmin “BakıKart” terminalı nəzarətə götürülüb”.

DİGƏR XƏBƏRLƏR

Top