Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 422 nəfər müalicə olunaraq sağalıb, hazırda 479 aktiv xəstə var. Bu günə qədər 10 023 nəfər vəfat edib.

Son sutkada ölkədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 935 174, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 811, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 789 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top