Braziliyada Bolsonarunun tərəfdarları çevrilişə cəhd ediblər - Video


Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun tərəfdarları yanvarın 8-də polislə toqquşaraq Braziliyada hökumət binalarına zorla daxil olublar.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, onlar parlament binasını, Federal Ali Məhkəməni və dövlət başçısının iş iqamətgahını dağıdıblar.
Belə ki, Bolsonarunun tərəfdarları oktyabrda keçirilən prezident seçkilərinin nəticələrinə qarşı çıxıblar. Şəhərin mərkəzinə çıxan Braziliya bayraqları və sarı-yaşıl geyimli nümayişçilər parlamentin, Federal Ali Məhkəmənin binalarının və dövlət başçısının işçi iqamətgahı olan Planalto Sarayının şüşələrini sındırıblar. Qeyri-iş günündə boş qalan inzibati binaların mühafizəçiləri qaydanı pozanlara qarşı dura bilməyiblər.
Braziliyanın Paytaxt Federal Dairəsindən hərbi polis vertolyotu etirazçılara səs və gözyaşardıcı qaz qumbaraları atıb .
İğtişaşların başlanmasından bir neçə saat sonra Braziliyada polis bölmələri etirazçıları ələ keçirdikləri hökumət binalarından zorla çıxara biliblər.
“Globo” telekanalı  iğtişaşlarda iştirak etdiklərinə görə 150 ​​nəfərin saxlanılması haqqında məlumat yayıb. İlkin hesablamalara görə, aksiyalarda 5 minə yaxın insan iştirak edib.
Yerli KİV-in məlumatına görə, etirazçılar tarixi dəyərə malik müxtəlif incəsənət nümunələrini: rəsmləri, heykəlləri, interyer elementlərini zədələyib və ya özləri ilə aparıblar. Qeyd olunub ki, hücum zamanı prezidentin ofisinə heç bir ziyan dəyməyib. Prezident iqamətgahının binasına daxil olan hökumət əleyhinə nümayişlərin iştirakçıları oradan mühafizəçilərə məxsus silahları  oğurlayıblar.
Mümkün ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Braziliya Prezidenti Lula da Silva ölkənin paytaxtında baş vermiş iğtişaşlarda iştirak edən şəxsləri müəyyən edib cəzalandıracağına söz verib. O , iğtişaşlarla bağlı nazirlərlə təcili iclas keçirib.
Braziliyanın Paytaxt Federal Dairəsinin qubernatoru İbanez Roşo müvəqqəti olaraq bölgə rəhbərliyindən  uzaqlaşdırılıb.
Yanvarın sonuna qədər Braziliyada fövqəladə vəziyyət tətbiq edilib.
Keçmiş Braziliya prezidenti Jair Bolsonaru Braziliyada hökumət binalarına hücum edən onu dəstəkləyən etirazçıların qanunu pozduğunu bildirib.
Bir çox beynəlxalq siyasi xadimlər etirazçıların hərəkətlərini pisləyib və yeni preizdent Luiz İnasio Lula da Silvanı, həmçinin onun hökumətini dəstəklədiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top