Almaniyada korrupsiyaya görə nazirin toxunulmazlığı ləğv oluna bilər


Berlin Baş Prokurorluğu Almaniyanın maliyyə naziri və Azad Demokrat Partiyasının (FDP, Almaniyada hakim koalisiyaya daxil olan) sədri Kristian Lindnerin deputat toxunulmazlığının götürülməsi ilə bağlı vəsatət vermək imkanını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Tagesspiegel” qəzeti məlumat yayıb.
Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lindnerə qarşı xidməti vəzifəsindən şəxsi maraqları üçün istifadə etməkdə şübhəli bilinərək istintaqa başlamaq istəyir.
Söhbət nazirin özəl bank olan “BBBank” ilə mümkün əlaqələrindən gedir. 2022-ci ilin may ayında o, bankın 100 illiyi ilə bağlı çıxışının videosunu yayıb, lakin Berlində fərdi ev almaq üçün bir il əvvəl eyni bankdan kredit götürdüyünü qeyd etməyib. Üstəlik, daha sonra, 2022-ci ilin yayında Lindner “BBBank”dan başqa bir kredit götürüb.
İstintaq bank üçün çəkilmiş video ilə Lindnerin artıq Maliyyə Nazirliyinin rəhbəri vəzifəsində olarkən götürdüyü ikinci krediti arasında əlaqənin olması qənaətinə gələrsə, nazirin hərəkətləri qanunsuz elan oluna bilər. Eyni zamanda, ola bilsin ki, sonradan istintaq məmura rüşvət verməkdə şübhəli bilinərək bankın özünə qarşı yönəlsin.
Nazir çıxışında bankın rəqəmsallaşma imkanlarından istifadə etməsini yüksək qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top