Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutub


Bu gün - yanvarın 8-də Ukrayna və Rusiya arasında növbəti uğurlu əsir mübadiləsi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak məlumat verib.
O bildirib ki, Ukrayna 50 əsgərini vətənə qaytarıb:
“Geri qaytarılanlar arasında Ukrayna Silahlı Qüvvələrinin, Xüsusi Əməliyyat Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Ərazi Müdafiə Qüvvələrinin, Milli Qvardiyanın və Sərhəd Xidmətinin hərbçiləri də var - 33 zabit, 17 sıravi əsgər və çavuş. Biz Çernobıl AES-də əsir götürülmüş insanları, həmçinin Mariupolun müdafiəçilərini, Donetsk istiqamətindən, Baxmutdan, həmçinin Kiyev, Çerniqov, Xerson vilayətlərindən olanları geri qaytarırıq”.
O, həmçinin vurğulayıb ki, bu, son mübadilə deyil, çünki Ukrayna bütün əsirləri geri qaytarmağa çalışır.
Qeyd edək ki, Rusiya tərəfi də 50 hərbçisinin geri qaytarıldığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top