DİN: “Sədərək”dəki yanğın söndürüldü - Video + Yenilənib


"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb:
"Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib".



***19:44
"Sədərək" TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri görülür:
"Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb".
Sosial şəbəkələrdə hadisə yerindən kadrlar yayılıb:

 



***18:58
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top