Mülki erməni Azərbaycan əsgərlərindən yemək və siqaret istədi - Fotolar


Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.

Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə "sağ ol" deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
 






DİGƏR XƏBƏRLƏR

Top