Türkiyə Azərbaycanı döyüş təyyarəsinin istehsalında ortaqlığa dəvət edib


Türkiyənin İstanbul şəhərinin Texnoparkında Müdafiə Sənayesi Rəyasət Heyətinin “Müdafiə Sənayesi 2023 Məqsədləri” adlı mətbuat konfransı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, mətbuat konfransında çıxış edən Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir, dost və qardaş ölkələrin müxtəlif səviyyələrdə müdafiə sənayesi layihələrində tərəfdaş kimi iştirakına açıq olduqlarını vurğulayıb.
"Milli döyüş təyyarələri ilə bağlı dost və qardaş ölkələrə dəvətimiz var. Bu ölkələr sırasında İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı saymaq olar. Əgər tələb olarsa, bu məsələni müxtəlif səviyyələrdə onlara çatdırmışıq. Bu tərəfdaşlığın bütün tərəflər üçün faydalı olacağını düşünürük”.

DİGƏR XƏBƏRLƏR

Top