"Qalatasaray" "Fənərbaxça"ya böyük hesabla qalib gəldi - Yenilənib


Türkiyə superliqasının 17-ci turunda baş tutan "Fənərbaxça"-"Qalatasaray" derbisi başa çatdı.
Yeniavaz.com
xəbər verir ki, "Fənərbaxça"ya məxsus Şükrü Saracoğlu adına stadionda keçirilən matç qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 32-ci dəqiqədə Serciyo Oliveyra, 78-ci dəqiqədə Kerem Aktürkoğlu və 90+11-ci dəqiqədə Mauro İkardi vurub.
"Fənərbaxça"da İrfan Can Kahfeci 86-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 39 xalla liderliyini davam etdirib.
"Fənərbaxça" isə 35 xalla 2-cilikdə qalıb.

***20:03
"Fənərbaxça" və "Qalatasaray" Ülkər stadionunda üz-üzə gəlib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyədə 2023-cü ilin ilk derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Nəhəng matçı baş hakim Halil Umut Meler idarə edəcək. Qarşılaşmada Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Süleyman Abay olacaq.
“Fənərbaxça” meydana bu heyətlə çıxıb: Altay Bayındır, Osayi-Samuel, Qustavo Henrike, Atilla Salai, Serdar Aziz, Ferdi Kadıoğlu, Ullian Arao, Krespo, Coşua Kinq, Dieqo Rossi, Mişi Batşuayi
“Qalatasaray” isə meydana bu heyətlə çıxıb: Muslera, Saşa Boey, Viktor Nelson, Abdulkerim Bardakcı, Dubois, Berkan Kutlu , Serciyo Oliveira, Mertens, Rasitsa, Kerem Aktürkoğlu, Barış Alper.
Oyun davam edir.

***15:42
Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, İstanbul derbisində iki əzəli rəqib - "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gələcəklər.
"Fənərbağça"nın ev sahibliyi edəcəyi oyun “Ülkər” stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, hazırda “Qalatasaray” 36 xalla Türkiyə Super Liqasının lideridir. “Fənərbaxça” isə ikinci pillədə qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR

Top