Rusiyanın hərbi bazası ətrafında 65 erməni saxlanıldı - Foto + Yenilənib


Rusiya Federasiyasının Gümrüdə yerləşən 102-ci hərbi bazasının yaxınlığındakı “Milli Demokratik Qütb” radikal anti-Rusiya siyasi təşkilatının toplaşdığı yerdən ümumilikdə 65 Ermənistan vətəndaşı saxlanılaraq müxtəlif polis idarələrinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Haykakan Jamanak”a Ermənistan polisi məlumat verib.
Qeyd olunub ki, polis məmurları aksiya iştirakçılarını toplaşmalar haqqında qanunu pozduqları və polisin qanuni tələblərinə tabe olmadıqları üçün saxlayıblar.



***13:01
Bu gün Ermənistanda “Milli-Demokratik Qütb” siyasi blokunun üzvləri Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası yaxınlığında mitinq keçirmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, Laçın dəhlizinin bağlanmasına etiraz məqəsdilə keçirilməsi planlaşdırılan mitinq “Mühasirədən azad olmaq üçün mühasirəyə almalıyıq” adı altında keçiriləcək.
“Milli-Demokratik Qütb”ün yaydığı bəyanatda qeyd olunur ki, Rusiya sülhməramlıları üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməyənə kimi onlar Gümrüdə yerləşən 102-ci hərbi bazanı mühasirəyə alacaqlar.
Məlumat üçün bildirək ki, “Milli-Demokratik Qütb” siyasi blokunda aparıcı siyasi qüvvə “Sasna Tsrer” partiyasıdır. Bu partiya Ermənistanda anti-Rusiya çağırışları ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top