
Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O deyib ki, bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz