Ermənistanda qadınlar hərbi xidmətə çağırıla bilər


Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyanın verdiyi açıqlamaya görə məsələ hazırda müzakirə olunur:
“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”.
Qeyd edək ki, hazırda Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.

 

DİGƏR XƏBƏRLƏR

Top