“Hücum olarsa Yunanıstana cavab verəcəyik”


Türkiyənin NATO müttəfiqi olan Yunanıstan vəziyyəti gərginləşdirmək və adaları hərbiləşdirmək siyasətindən əl çəkməlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Yunanıstana zərbə endirmək planı yoxdur, lakin hücum olacağı təqdirdə mütləq cavab veriləcək.
“Biz 561 km mənzilli raket “Tayfun”u buraxdıq. Yunanıstanda bu çaxnaşma yaratdı, qəzetlər yazmağa başladılar ki, türklər vuracaq. Əsas odur ki, Egeydə bizimlə işiniz yoxdur. Siz bunu etməyincə, biz sizinlə məşğul olmayacağıq”, – deyə Ərdoğan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top