İngiltərə hökumət avtomobilində Çinə aid izləmə cihazı tapıldı


Hökumət üzvləri və yüksək rütbəli Britaniya diplomatlarından ibarət qrupun maşınlarından birində məkan məlumatlarını ötürən cihaz tapılıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “iNews” qəzeti məlumat yayıb.
Kəşfiyyat xidmətləri belə sensorların tətbiqinin arxasında Çin kəşfiyyatının ola biləcəyinə inanır. Britaniya əks-kəşfiyyatının rəsmisi bildirib ki, Londonda dövlətə qarşı casusluq qorxusu artmağa başladığı üçün bütün avtomobillər diqqətlə yoxlanılmalıdır. 
“Bu, aylar və illər ərzində hökumət haqqında məlumat toplamağa, hərəkətləri daim izləməyə və davam edən fəaliyyətlərin ətraflı mənzərəsini yaratmağa imkan verir. Bu zəiflikdir”, - deyə mənbə bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top