"Əgər Laçın yolu bağlı olsaydı..." - XİN rəsmisi


Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter - red) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tvitter hesabında yazıb.

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.
Bundan əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın dəhlizinin üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır. 

DİGƏR XƏBƏRLƏR

Top