
Rusiya Xarici İşlər Nazirliyinin binasının birində zirzəmidə yerləşən texniki otaqda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, xəsarət alan olmayıb, Fövqəladə Hallar Nazirliyi hadisə yerinə cəlb edilib.
Yanğına ilkin səbəb olaraq qısaqapanma göstərilib.
Tətbiqimizi yükləyə bilərsiniz