Kukla Teatrında yoxlamalar dayandırıldı


Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Bununla bağlı əmri həmin dövrdə mədəniyyət naziri olan Anar Kərimov imzalamışdı.
Teatr rəhbərliyi mətbuat konfransı keçirərək, yoxlamalara etiraz etmişdi. Lakin indiyədək yoxlamaların hansı səbəbdən aparılmasına aydınlıq gətirilməyib və nəticələri açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top