Canluka Vialli vəfat etdi


Dünya və Avropanın bürünc mükafatçısı Canluka Vialli mədəaltı vəzi xərçəngi ilə uzun sürən mübarizədən sonra 58 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Viallinin son vaxtlara qədər ekspert kimi çalışdığı “Sky Sports” məlumat yayıb.
Qeyd edək ki, Vialli 2017-ci ildən xərçənglə mübarizə aparır. O, 2020-ci ildə 17 aylıq kimyaterapiya kursunu bitirib. İtalyalı sabiq futbolçu xəstəliyə qalib gəldiyini iddia etsə də, 2021-ci ildə yenidən müalicəyə qayıtmalı olub.
Vialli futbolçu karyerası ərzində İtaliyanın “Kremoneze”, “Sampdoriya” və “Yuventus”, İngiltərənin “Çelsi” klublarında çıxış edib. O, ikiqat İtaliya çempionu (“Yuventus” və “Sampdoriya” ilə), dörd dəfə İtaliya kubokunun qalibi (“Yuventus”la bir dəfə, “Sampdoriya” ilə üç dəfə), “Yuventus”la birlikdə Çempionlar Liqasının və UEFA Kubokunun sahibidir ( indi - Avropa Liqası). "Sampdoriya" ilə isə Kuboklar Kubokunun sahibidir.

DİGƏR XƏBƏRLƏR

Top