Meksikada “El Çapo”nun oğlu tutuldu, iğtişaşlar başladı - Ölü və yaralılar var


Meksikada narkobaron Xoakin Qusmanın oğullarından “El Çapo” ləqəbli Ovidio Quzman Lopezin saxlanılması ilə ölkədə iğtişaşlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Quzmanın saxlanmasına reaksiya verən Sinaloa dəstə üzvləri paytaxt Mexikonun müxtəlif yerlərində polislə toqquşub.
Hadisələrdə 2-si polis olmaqla 7 nəfər ölüb, 18 nəfər yaralanıb.

İğtişaşların hava limanına sıçraması ilə əlaqədar 100-dən çox reysin ləğv edildiyi bildirilir.
“Sinaloa” adlı silahlı qanunsuz birləşmənin tanınmış liderlərindən biri olan 28 yaşlı Quzman sonuncu dəfə tutulduğu 17 yanvar 2019-cu ildə bir sıra zorakılıq dalğalarına səbəb olmuşdu.

ABŞ-da ömürlük həbsə məhkum edilən narkotik kartelinin lideri “El Çapo”nun oğullarından biri olan Quzmanın həbsindən sonra xeyli sayda əsgər yaralanmış, 51 məhbus həbsxanadan qaçmışdı. Onlarla avtomobilin və iş yerinin yandırıldığı hadisələr nəticəsində Quzman sərbəst buraxılmışdı.
Qeyd edək ki, “El Çapo” ləqəbli Xoakin Quzman iyul ayında ABŞ-ın Nyu-York ştatında ömürlük həbs cəzasına məhkum edilib. 2001 və 2015-ci illərdə Meksikada iki ciddi rejimli həbsxanadan qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutulub və ABŞ-a ekstradisiya edilib.

DİGƏR XƏBƏRLƏR

Top