Ukrayna Putinin atəşkəs qərarına cavab verdi


Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putinin xüsusi əməliyyat zonasında atəşi dayandırmaq təklifinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Podolyak “Twitter”də yazıb.
“Rusiya işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti atəşkəsə başlanılacaq”, - deyə Podolyak bildirib.
Qeyd edək ki, yanvarın 5-də Putin Müdafiə Nazirliyinə xüsusi hərbi əməliyyat zonasında atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

 

DİGƏR XƏBƏRLƏR

Top