Şəmkirdəki qumbara partlayışı barədə Baş Prokurorluqdan açıqlama


Baş Prokurorluq Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, hadisə vaxtı iki nəfər xəsarət alıb. "Yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top