Hindistan Ukraynanı növbəti G20 sammitinə dəvət etmədi


Hindistan 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçiriləcək G20 sammitinə Ukraynanı dəvət etməyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə yanvarın 5-də ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi məlumat verib.
“Dəvət etməyi planlaşdırdığımız G20 üzvləri və xüsusi dəvət olunmuş ölkələr açıqlandı. Ukraynanın bu siyahıda olduğunu düşünmürəm”, - deyə o bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, əgər nəsə dəyişərsə, bu barədə məlumat verəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top